Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.

Mia.az xəbər verir ki, bu dəhşətli xəbəri Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu verib.

O, öz sosial şəbəkə hesabında yazıb: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!".

Son məlumata görə, öldürülən azərbaycanlılar yaxın qohumlar - Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Mia.az