Ukrayna Xarkovu nəzarətə götürüb.
UNİAN xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda bildirib.
Regionun mərkəzində təmizləmə əməliyyatı aparılır.
Məlumata görə, şəhər Ukrayna Silahlı Qüvvələri, Milli Polis və Terrordan müdafiə qüvvələri tərəfindən təmizlənir.
****
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Onun sözlərinə görə, ölən şəxs tələbədir, o, Ukraynada yaşayan məşhur rəssam Katib Məmmədovun qardaşı oğludur.
İSBAM sədri bildirib ki, tələbə küçədə atışma zamanı güllələnib.
O qeyd edib ki, hazırda şəhərdə ağır döyüşlər gedir.
***
Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko dünyasını dəyişib.
Bu barədə Boqoduxov Şəhər Şurasının saytında bildirilib.

***
Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.
Mia.az xəbər verir ki, bu barədə Ukraynada olan jurnalist Eynulla Fəttullayev məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərin küçələrində şiddətli döyüşlər gedir.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov Rusiya texnikasının şəhərə daxil olduğunu təsdiqləyib: “Düşmənin yüngül zirehli texnikasının Xarkova soxulması baş verib. O cümlədən şəhərin mərkəzi hissəsinə. Diqqət! Sığınacaqları tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən küçələrə çıxmamağı xahiş edirik”.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov da Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib.
O, sosial şəbəkədəki hesabında yazıb ki, əhali sığınacaq yerlərini tərk etməməlidir: "Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar, Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir".