“Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya, Krımskoye, Markovka qəsəbələrini müvəqqəti işğal edib”.
Bunu Luqansk vilayətinin başçısı Sergey Qayday feysbukda açıqlayıb.
“Vəziyyət hər an dəyişə bilər”, - Luqansk vilayətinin başçısı bildirib/Report.
Ukraynanın səhiyyə naziri Viktor Lyaşko isə itkilərlə bağlı son məlumatları açıqlayıb.
Mia.az xəbər evrir ki, o, bu gündək Rusiya silahlı qüvvələrinin hücumu nəticəsində 198 ukraynalının öldürldüyünü deyib: "Həlak olanlardan 3-ü uşaqdır. Yetkinlik yaşına çatmayanlar qarışıq indiyədək 1115 nəfər isə yaralanıb. Xersondakı sığınacaqda quraşdırılmış doğum evində isə partlayış səsləri altında 2 körpə oğlan doğulub".
Mia.Az