“Kiyev vilayətinin Vasilkov şəhərinə bütün gecə boyu davam edən həmlələr Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb”.
Mia.az xəbər verir ki, bunu şəhərin meri Natalya Balasinoviç söyləyib.
Merin sözlərinə görə, hazırda şəhərdə sakitlkdir: "Bizim qorxunc gecəmiz geridə qalıb”.
Kiyevin meri Vitali Kliçko isə sosial şəbəkə hesabında yazıb ki, Kiyev şəhərində Rusiya qoşunları yoxdur: "Hazırda şəhərdə olan Rusiyanın diversantlarıdır".