Bu gün Baş nazir Əli Əsədov Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.
Miaa.z Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.