Rusiya prezidenti Putin az əvvəl Ukraynaya hücumla bağlı ilk dəfə canlı yayımda çıxış edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin iş adamları ilə görüşündə gözlənilənin əksinə laraq, bu dəfə təhdid dili ilə danışmayıb.
O, sanksiyaları nəzərdə tutaraq, Rusiya dünya iqtisadiyyatının bir parçasıdır: "Belə deyirlər ki, biz dünya iqtisadiyyatının bir hissəsiyik. Əlbəttə, bu, doğrudur və dünya iqtisadiyyatına zərər verməyəcəyik. Bizi lütfən bu sistemin kənarına itələməyin. Lütfən, hara olduğunu anlayın və birlik üçün hərəklət edin".
Putin deyib ki, Rusiyanın başqa çarəsi olmayıb: "Biz bu əməliyyata məcbur qaldıq. Məqsədimiə çatana qədər də davam etmək zorundayıq. Biz də iqtisadiyyatımız sahib çıxacağıq. Təbii ki, bu sahədə vəzifəmin çox çətin olduğunu da bilirəm. Sizə - iş adamlarına daha çox azadlıq tanıyacağıq, ancaq ola bilər, indiki halda bəzi məhdudiyyətlər olsun".
Mia.az