Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər dağıntıların təhlilini başa çatdırıblar - hərbi hissəyə hərbi zərbə endirilməsi nəticəsində 22 nəfər həlak olub, onlardan 11 qadındır.
Altı nəfər dağıntılar altından çıxarılaraq Podolski şəhər xəstəxanasına yerləşdirilib. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.