Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın hücumu ilə bağlı geniş müzakirələr aparır.

Mia.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

Prezident bildirib ki, Ukrayna anti-Putin koalisiyası quracaq: "Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam. Biz qətiyyətli addım gözləyirik”.

Onu da qeyd edək ki, Zelenski ABŞ prezidenti, Almaniya kansleri, Britaniya baş naziri, Fransa prezidenti və digər ölkələrin liderləri ilə də gün ərzində bir neçə dəfə müzakirələr aparıb.