Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə yeni vitse-prezident təyin edib, iki vitse-prezidenti isə vəzifələrindən azad edib.

Mia.az AZAL-a istinadla bildirir ki, sərəncamla Samir Rzayevə yeni vitse-prezident təyin olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti - Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad ediliblər.

“AZAL”ın prezidenti Cahangir Əsgərov cümə axşamı “AZAL”ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib.

Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.