Azərbaycanda daha 32591 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 896 808 nəfərə çatıb.

Bunlardan 5 293 008 birinci, 4 780 286 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  2 623 773-ə yüksəlib.