"Əməliyyatın nə vaxta qədər davam edəcəyinə yalnız Putin qərar verəcək".
Mia.az xəbər evrir ki, bu sözləri rusiya prezidentinin mətbuat katibi Dmitrdi peskov deyib.
O bildirib ki, Rusiyanın əməliyyatının hədəfi var: "Rusiya Ukrayna ordusunun gücünü azaltmaq üçün lazım olan hədəfləri vurub, vuracaq. Strateji hədəfimiz Ukraynanın hərbi gücünü və manevr imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də Kiyevə real vəziyyəti anlatmaqdır. Orada əməliyyatın nə zamana kimi davam edəcəyini bilmirəm, bu barədə yalnız prezident Putin qərar verəcək. Əsas məsələ hədəfə nail olmaqdır, əməliyyyatlar öz hədəfinə çatmalıdır".
Peskov Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmədiyini də deyib: "Burada sual odur ki, Ukrayna rəhbərliyi buna hazırdırmı?”.
Mia.az