Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb: “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”.
Bundan əlavə, Rusiya-Ukrayna dövlət sərhədinin Luqansk və Çerniqov vilayətiləri istqaimətindən də ölkəyəhücuma keçib.