Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımovanın oxuyacağı mahnı bəlli olub.
ANS PRESS-in məlumatına görə, təmsilçimiz "Start a Fire" adlanan mahnını ilk dəfə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində 6 mayda oxuyacaq.
Qeyd edək ki, 29 yaşlı D.Kazımova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. O, 2008-2010-cu illərdə də "Eurovision”un milli seçim turlarında iştirak edib. D.Kazımova "Yeni Dalğa-2010” müsabiqəsinin laureatıdır.
"Eurovision-2014” Kopenhagenin B&W kompleksində keçiriləcək. "Evrovision-2014”də 37 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 6-ı və 8-də, finalı isə 10-da keçiriləcək.