Azərbaycanda daha 40389 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 828 076 nəfərə çatıb.

Bunlardan 5 288 297 birinci, 4 777 007 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  2 566 634-ə yüksəlib.