Ukrayna Prezidenti Volodimir Zelenski Putinin Donetski və Lukanskini dövlət kimi tanıması ilə bağlı bu gün xalqa müraciət edəcək.
Bu barədə “Seqodnya” nəşri məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb və son saatların hadisələrini müzakirə edib.
Zelenski bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.