Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən o, BDYPİ-nin rəis müavini təyin olunub.
Məlumatı "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Onu da qeyd edək ki, bir müddət əvvəl polkovnik Fuad Mayılov da Ramiz Zeynalovun müavini təyin olunub.
Mia.az