Moldova parlamentinin sədri İqor Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Azərbaycanda rəsmi səfərə gəlir.
Mia.az xəbər verir ki, bu barədə “Sputnik-Moldova” məlumat yayıb.
Bildirilib ki, fevralın 23-nə kimi davam edəcək səfər çərçivəsində İqor Qrosu Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov, həmçinin Azərbaycandakı Moldova diasporunun nümayəndələri ilə görüşəcək.