Azərbaycanda daha 36569 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 756 794 nəfərə çatıb.

Bunlardan  5 283 131 birinci, 4 773 574 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 508 085-ə yüksəlib.