Daxili İşlər Nazirliyi bu gün saat 01 radələrində xalq artisti Ağasəlim Abdullayevin yaxınlarının dünyalarını dəyişdiyi qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.
V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölmüş, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
DİN xalq artistini yasa batıran qəza barədə məlumat yaydı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08