Ötən gün yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verən akademik Ramiz Mehdiyev haqqında yayılan söhbətlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, "Baku tv"yə müsahibəsində akademik bildirib ki, yayılanlar hamısı boş söhbətdir: "Mən onlara fikir vermirəm, hamısı boş söhbətlərdir".

R.Mehdiyev istefasını elan etdiyi deyib, amma bu barədə hələ Prezidentə müraciət etmədiyini deyib: "İstefamla bağlı cənab prezidentə müraciət etməliyəm. İstefam qəbul olunandan  sonra işdən gedəcəyəm".

Mia.az