Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələr ləğv olunsun.
Mia.az xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Mili Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hökumət əməkhaqqı və pensiyanı az artıranda, sual edirik ki, niyə bu qədər artırdınız: "Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”