Bu gün ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı 1 saata qədər davam edib. 

Bildirilib ki, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib: "Bayden ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazır olduğuğunu xüsusi vurğulayıb. Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək".