Azərbaycandakı qeyri-hökumət təşkilatlarının rəhbərləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə etiraz bəyanatı ünvanlamaq məqsədilə fevralın 11-də Bakıda bir araya gəliblər.
Mia.az xəbər verir ki, məqsəd ölkədə həyatın müxtəlif sahələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən BMT-nin İnkişaf Proqramında (UNDP) çalışan ermənilərin Azərbaycana qarşı nifrət zəminində apardıqları kampaniyaya etiraz və bunun qarşısının alınmasının tələb olunmasıdır.
Tədbirdə 50-dən çox QHT nümayəndəsi iştirak edir.