Prezident İlham Əliyev “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 3 iyun 2005-ci il tarixli fərmanında dəyişiklik edib.
Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının siyahısına Dövlət Ehtiyatları Agentliyi də əlavə edilib.