Azərbaycanda daha 43027 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 349 272 nəfərə çatıb.

Bunlardan 5 258 618 birinci,  4 758 803  ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  2 331 851-ə yüksəlib.