Prezident İlham Əliyev bu gün yeni sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, yeni sərəncam "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsindən bəhs edir.
Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetinə isə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.