Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanda səfərdədir.

Bu barədə Moldova XİN məlumat yayıb.

Fevralın 8-dən 10-dək davam edəcək səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə baş tutub.

***

Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək.

Mia.az Moldovanın Azərbaycandakı səfirliyinə istinadla bildirir ki, iki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.