Azərbaycanda daha 32276 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı  12 218 279 nəfərə çatıb.

Bunlardan 5 248 382 birinci, 4 752 395 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  2 217 778-ə yüksəlib.