Azərbaycanda daha 36448 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 186 279 nəfərə çatıb.
Bunlardan 5 245 925 birinci, 4 750 763 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 189 591-ə yüksəlib.