Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

Ərdoğan bildirib ki, özü və xanımında koronavirusun “Omikron” ştamı aşkarlanıb: “Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”.