Nazirlər Kabineti Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən olunması ilə bağlı qərar imzalayıb.
Mia.az xəbər verir ki, qərara əsasən, Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 204 ştat vahidi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin say həddi 105 ştat vahidi və regional təhsil idarələrinin işçilərinin say həddi 717 ştat vahidi müəyyən edilib.