Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin birgə bəyanat imzalayıblar.
TASS xəbər verir ki, sənəd beynəlxalq münasibətlər və qlobal davamlı inkişafı nəzərdə tutur.
Həmçinin birgə bəyanatda tərəflərin ABŞ, Böyük Britaniya və Avstraliyanın AUKUS assosiasiyasının yaradılmasından ciddi narahatlığı ifadə olunub.
Qeyd edək ki, ötən il ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli - AUKUS tərəfdaşlığının yaradıldığını bəyan etmişdilər. Bu tərəfdaşlıq çərçivəsində ilk böyük təşəbbüs Avstraliya üçün atom sualtı qayıqlarının hazırlanması haqqında bəyanat olub/Report.
Bundan əlavə, Rusiyanın “Qazprom” və Çinin CNPC şirkətləri təbii qazın alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilə imzalayıb. Müqaviləyə əsasən, Çinə ixrac edilən Rusiya qazının həcmi illik 48 milyard kubmetrə çatacaq.
Eyni zamanda, Rusiyanın “Rosneft” şirkəti və Çinin Milli Neftqaz Korporasiyası (CNPC) Çinin qərbində yerləşən neft emalı zavoduna neft tədarükü haqqında müqaviləyə dəyişiklik imzalayıblar. Sənəd növbəti 10 il ərzində 100 milyon ton neftin tədarükünü nəzərdə tutur.
Mia.az