Bu gün metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirməyə cəhd göstəriblər.
Musavat.com
Əməkdaşımızın verdiyi xəbərə görə, "Elmlər Akademiyası" metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfində uzaqlaşdırılıb. Polislərə Yasamal rayon Polis İdarəsinin rəisi rəhbərlik edib.
Reportyorumuzun verdiyi xəbərə görə, etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə görüşdə olan nümayəndələrinə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq.
Ticarətçilər isə əməkdaşımıza bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir, məhz o, tocarətçiolərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.
Əməkdaşımızın verdiyi xəbərə görə, Metropoliten rəhbərliyinin qaneedici olmayan cavabından hiddətlənən metro ticarətçiləri "Elmlər Akademiyası"nın qarşısında yolu kəsiblər. Polis qüvvələri hücum edərək onları döyüb və sıxışdıraraq yolu açıb, beş-altı nəfəri bölməyə aparıblar.
Xatırladaq ki, metro stansiyalarında ticarətin ləğv olunmasıyla bağlı Metropoliten İdarəsi ilə ticarətçilər arasında konflikt yaşanır.











