Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Mia.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Levan Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, Levan Qurskaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin baldızı oğludur.