Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
Mia.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, göyərtisində 62 sərnişinin olduğu İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
Məlumata görə, bundan sonra İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.