Tez-tez tələbə
aksiyaları ilə gündəmə gələn Bakı Dövlət Universitetində rektor dəyişikliyi
gözlənilir.
Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir ki, rektor Abel Məhərrəmov hər an vəzifədən azad oluna bilər: "O, İqtisad Universitetinin rektoru, deputat həmkarı Şəmsəddin Hacıyevin vəzifədən azad olunduğu ərəfədə son xəbərdarlığını alıb. Həmim ərəfədə ona əgər yaxın bir ay ərzində universitetdə tələbə narazılığını həll edə bilməzsə, rektorluğuna son veriləcəyi xəbərdarlığı edilib”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
***
Bakı Dövlət Univesitetinin rektoru Abel Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə universitetin mətbuat xidmətindən münasibət bildirilib.
Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mətbuat Xidməti rektor A. Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı xəbəri təkzib etməyə çalışıb:
"Abel Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bu məlumatlar həqiqəti əks etdirmir. Ona sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərləri yalandır. Abel Məhərrrəmovun fəaliyyətinə heç bir qadağa qoymayıblar”.
Yəqin ki, zaman hansı xəbərin doğu olacağını göstərəcək.