Azərbaycanda daha 38362 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 039 129 nəfərə çatıb.
Bunlardan 5 233 696 birinci, 4 743 594 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 061 839-a yüksəlib.