Azərbaycanda daha 29728 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 000 749 nəfərə çatıb.
Bunlardan 5 230 388 birinci, 4 742 169 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 192-yə yüksəlib.