Türkiyədə FOX TV-də yayımlanan və son dövrdə diqqət çəkən "Maske sen kimsin?" yarışmasına adı çəkilmədən sanksiya tətbiq edilməsi tələb edilib.
Mia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qəzetdə "Çap və nəşr fəaliyyətləri" başlıqlı sənəd dərc edilib.
Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) araşdırma başlatdığı müsabiqə barədə sənəddə prezident müvafiq qurumlara konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.
Bundan əlavə, qeyd olunub ki, "uşaq və gəncləri qorumaq üçün" bu cür proqramlara qarşı addımlar atılmalıdır.
Yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.
Qeyd edək ki, "Maske, kimsin sen?"in aparıcısı tanınmış aktyor Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.