"Qonşudakı bir qızın gözəl anası var idi. Etdiyi pislikləri ört-basdır edirdi.  Etdiyi yaramazlıq da mənim üstümə qalırdı. Mən hər zaman müqəssir çıxırdım, o isə tərtəmiz olurdu".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb.

Son günlər paylaşımları ilə gündəmdən düşməyən müğənni bu dəfə də qeyri-səmimi münasibətlərdən gileylənib:

"O vaxtdan həyatın qanununu öyrənmişəm. "Arxalı köpək qurdu basar" əzbərləmişəm bu qanunu. Amma geci-tezi var. Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, bax gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Güvəndim, tək özümə. Uman yerim də qalmadı. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu. Elə o vaxtdan sevdim canavar qüdrətini, qürurlu duruşunu, dürüst əzəmətini"/Axşam.az.