Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fevralın 3-də Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.
Məlumata görə, səfər zamanı Ukrayna ilə Rusiya arasında vasitəçilik məsələsi də müzakirə olunacaq.