Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı apellyasiya məhkəməsi bu gün baş tutub.

Reyting.az-ın mlumatına görə, bu barədə Axşam.az-a açıqlama verən Canana 3 övladının qəyyumluğunu aldığını bildirib.

"Çox həyəcanlıyam, ədalətli qərar verildi. Övladlarımın üçünü də mənə verdilər. Vəkilimə də, hakimə də təşəkkür edirəm. Bilmirəm bundan sonra məni növbəti məhkəməyə verəcəklər, ya yox. Sona qədər gedəcəm. Uşaqlarım məndədir, çox sevinirəm. Uşaqlarımı heç kimə verməyəcəm. Qarşı tərəfin vəkili burada idi. Yəqin onlara xəbər verəcək. Sabah ad günümdür, Allah ən böyük hədiyyəni göndərdi" deyə, o, söyləyib.

Ev probleminə gəldikdə isə Canana bunu əlavə edib:

"Uşaqların ev haqları var, yəqin nənələri verəcək. İnsafa gələr, evi nəvələrinə verər. Onlar yaxşı şəraitdə yaşamağa öyrəşiblər". 

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.