Xalq artisti Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Mia.az xəbər verir ki, ağacəkmə aksiyası “50+1” adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.

Fanatların zeytun ağaclarını seçməsində başqa bir səbəb isə zeytunun uzunömürlük, sülh və sevginin simvolu olmasıdır. Onlar əkdikləri ağacları Aygün xanıma olan sevgilərinin nişanəsi kimi qiymətləndiriblər.

Aksiyada A.Kazımova da iştirak edib, ağac əkib. Əraziyə “Aygün bağı” lövhəsi yerləşdirilib.

Aksiya “Aygün Fan Club”un təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “SS prodution” dəstəyi ilə həyata keçirilib.