Salyan rayonunda 33 yaşlı müəllimə icra başçısının müavini təyin edilib.

Bu barədə Demokratiyaya Yardım Mərkəzinin rəhbəri Emil Məmmədov bildirib.

E.Məmmədov dedi ki, 1981-ci ildə anadan olan Təranə Tahir qızı İsmayılova Salyan Rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini təyin edilib.

Xəbərdə deyilir ki, T.İsmayılova 2004-cü ildə Azərbaycan Pedaqoji Universitetinin biologiya fakültəsini bitirib(virtualaz.org).