Daxili İşlər Nazirliyinin daha bir generalı təqaüdə göndərilib.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.
Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yayıb.