Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.
Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:
|
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
|
1 |
300 |
|
2 |
312 |
|
3 |
325 |
|
4 |
338 |
|
5 |
353 |
|
6 |
367 |
|
7 |
383 |
|
8 |
398 |
|
9 |
415 |
|
10 |
432 |
|
11 |
450 |
|
12 |
468 |
|
13 |
487 |
|
14 |
508 |
|
15 |
528 |
|
16 |
549 |
|
17 |
604 |
|
18 |
725 |
|
19 |
979 |
***
Nazirlər Kabinetinin “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Mia.az xəbər veirr ki, Baş nazir Əli Əsədovun qərarı ilə idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 (səkkiz yüz doxsan) manatdan 1070 (min yetmiş) manata qaldırılıb.
***
Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsaəsn, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib.
|
Sıra №-si |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
|
|
1. |
Ali kateqoriya dövlət orqanlarında |
370 |
|
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
355 |
|
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
335 |
|
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
315 |
Qeyd edək ki, əvvəl dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı məbləğdə müəyyən edilmişdi.
|
Sıra №-si |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
|
|
1. |
Ali kateqoriya dövlət orqanlarında |
310 |
|
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
295 |
|
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
280 |
|
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
260 |