"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstandan qayıtması yanvarın 19-da yekunlaşacaq”.
TASS xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu açıqlayıb.
“KTMT sülhməramlıları Qazaxıstanda 14 sosial əhəmiyyətli obyekti mühafizə altına alıblar”, - o vurğulayıb.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin müdafiə nazirləri sülhməramlı qoşunların Qazaxıstandan çıxarılmasının təşkili barədə qərar imzalayıblar.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
****
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”.
Bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib/Report.
O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin edə bildiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb/Report.