Azərbaycanda daha 31455 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 562 620 nəfərə çatıb.

Bunlardan  5 190 347 birinci, 4 703 255 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  1 669 058-ə yüksəlib.