Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.