Son məlumata görə, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskvada- Troekurovskoe qəbristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

***

Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir.

Məlumata görə, mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub.

Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb/Report.

Allah rəhmət eləsin!